BOYUNA QAMIŞ ÖLÇÜM
BOYUNDURUQ ALTINA GİRMƏK
OBASTAN VİKİ
Yuxarı-Oruzman
Yuxarı Oruzman — Dumanis (Başkeçid) rayonunun böyük və qədim kəndlərindən biri. Hazırda kənddə 205 ailə yaşayır və kəndin 1100 nəfər sakini var. Kənddəki orta məktəb 200-ə qədər şagird və 20 müəllim heyətinin istifadəsindədir.
Yuxarı Adyaman
Yuxarı Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Verin Getaşen qoyulmuşdur. Burada 1897-ci ildə ermənilərdən başqa 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində azərbaycanlılar deportasiya edilmişdir. Kənddə indi ermənilər yaşayır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Alaşkert bölgəsindən köçürülmüşdür.
Yuxarı Adıqca
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). ASE, V cild, Bakı, 1981-ci il, səh.
Yuxarı Alplar
Yuxarı Alplar (fr. Hautes-Alpes, oks. Auts Aups, Auts Alps, Nauts Aups, Nauts Alps) — Fransanın cənub-şərqində yerləşən Provans-Alp-Kot-d'Azür regionun departamentlərindən biri. Sıra nömrəsi — 5. İnzibati mərkəzi — Qap. Əhalisi — 142.312 nəfər (departamentlər arasında 99-cu yer, 2010-cu ilin məlumatları). Ərazisi — 5549 km². Departamentin ərazisində Dürans, Büeş, Klare, Drak, Severes çayları axır. Yuxarı Alplar 1790-cı ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Dofine vilayətinin ərazisində yerləşir.
Yuxarı Alçalı
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Amburdərə
Yuxarı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yuxarı Amburdərə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Yuxarı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 41 nəfərdir.
Yuxarı Aralıq
Yuxarı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 29 mart 2005-ci ildə Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılmışdır. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir. Keçmiş adı Aralıq Başkənd olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini göstərməklə, onu eyni adlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Aralıq "orta, mərkəz" deməkdir.
Yuxarı Aran
Yuxarı Aran (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Beyləqan rayonunun Komsomol qəsəbəsi Yuxarı Aran qəsəbəsi adlandırılmışdır.
Yuxarı Astanlı
Yuxarı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Aşağı Astanlı, və Çanaxbulaqla qonşudur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskənlərindəndir. Meşənin ətəyində səfalı yerdə yerləşmişdir. Yeganə içməli su mənbəyi dağ bulaqlarıdır. Əhalinin əsas gəlir mənbəyi əkinçilik və təsərrüfatdır. Kənd rayon mərkəzindən təxminən 28 km məsafədədir.
Yuxarı Axta
Yuxarı Axta - Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Yuxarı Axta İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd İnəkdağ dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və oğuz tayfalarında olan padarların bir qolunu təşkil edən axtaçı (axta) etnonimindən formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernanist qoyulmuşdur. Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Zaman-zaman onlar soyqırımına məruz qalmış, öz doğma torpaqlarından didərgin düşmüşlər.
Yuxarı Axtala
Yuxarı Axtala (erm. Վերին Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin Köhnə Axtala (rus. Ахтала старая) kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Şamlıq şəhəri və Bendik kəndi ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 19 nəfərdir.
Yuxarı Axtaçı
Yuxarı Axtaçı (əvvəlki adları: Axtaçı Şaumyan; Axtaçı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Axtaçı Şaumyan kəndi Axtaçı kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Axtaçı kəndi Yuxan Axtaçı kəndi adlandırılmışdır. Əhalisi 302 nəfərdir.
Yuxarı Aybasanlı
Yuxarı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Aybasanlı kənd inzibati ərazi dairəsində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Aybasanlı oykonimi Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bəzi mənbələrdə Ayıbasan kimi də verilir. Oykonim ayı (heyvan adı), basan (yenən, qalib gələn, məğlub edən) və -lı (şək.) komponentlərindən düzəlib. 1980-ci ilə qədər Ermənistanda Ayıbasan adlı kənd olmuşdur. Sonralar bu kəndi ermənilər Marqahovit adlandırmışlar. Yəqin ki, Ayıbasanlı kəndində məskunlaşmış əhali Ermənistandan köçüb gəlmişdir. Ayıbasan "ayını məğlub edən" və ya "ayının çox olduğu yer" deməkdir. Ayıbasanlı isə "Ayıbasan kəndindən gələnlər" mənasına uyğundur.
Yuxarı Ayrım
Yuxarı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Ayrım kəndi Ayrım çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Yuxarı Binə olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini indiki Qazax rayonu ərazisindən buraya gəlmiş Qazax Alı adlı şəxs salmışdir. Ona görə da kənd bir müddat Alıuşağı da adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrə qədər Ayrım çayının sahilində olmuş Ayrım binəsi əsasında yaranmış iki yaşayış məntəqəsindən biri olub, nisbətən yuxarıda yerləşdiyinə görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yuxarı Ayrım kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.
Yuxarı Açaluk
Yuxarı Açaluk (inquş Йоккха Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd Açaluk çayının hər iki sahilində, regional mərkəz Malqobekdən 30 km cənub-şərqdə və Maqas şəhərindən 25 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Qeyrbek-Yurt kəndi, şimal-şərqdə - Orta Açaluk, cənub-şərqdə - Barsuki və Plievo kəndləri, cənubda - Nazran şəhəri və cənub-qərbdə - Dolakovo və Kantışevo kəndləri.. Açaluk çayı kəndin şimal kənarından axır. Çay əsasən yağışla qidalanır və buna görə yay fəslində tez-tez quruyur. Kəndin mərkəzində, şimal yamacını qəbiristanlıqlar tutan “Bur-boarz” məzarlığı var. Kənd hər tərəfdən təpələrlə əhatə olunmuşdur və ərazi əsasən yüksəklikdədir. Açıq ərazilərdə tez-tez müxtəlif heyvan və bitki növlərinə rast gəlinir: dovşan, tülkü, dovşan, kəklik və s.. Kənddə məşhur adlarda çoxlu təpə var: "İki qəbirin təpəsi", "Köpək təpəsi". Yaxınlıqda qurudulmuş bataqlıqlar var.
Yuxarı Ağalı
Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. Abdulov Asif Mirayə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Ağasıbəyli
Yuxarı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş ağası-bəyli adlı icmanın məskunlaşması nəticə­sində yaranmış məntəqələrdəndir. Yuxarı komponenti kəndin coğrafi mövqeyini gös­tərməklə yanaşı onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 1141 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyətini maldarlıq və əkinçilik təşkil edir. Kənddə orta məktəb fəaliyyət gösdərir.
Yuxarı Ağcakənd
Yuxarı Ağcakənd — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Yuxarı Ağcakənd qəsəbəsi Gorançayın sahilində, Murovdağ silsiləsinin ətəyindədir. XIX əsrdə bir qrup ailənin gips yataqları olan və Ağca adlanan ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Sonralar kənd genişlənərək mövqeyinə görə muvafiq olaraq Aşağı Ağcakənd və Yuxarı Ağcakənd adlı iki hissəyə ayrıldı.
Yuxarı Ağcaqala
Yuxarı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin başqa adı Yuxarı Hacıqala kimi də qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində «ağımtıl, bazumtul çöl, yer» mənasında işlənən ağca sözünə qala sözünün qoşulması əsasında əmələ gəlib, «bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi» mənasını ifadə verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur. Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489 nəfər, 1904 - cü ildə 306 nəfər, 1914 - cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər, 1918-ci ilin yanvarında 308 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dzağak, Hatink kəndlərindən, İranın Muş, Mosul vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür.
Yuxarı Ağcayazı
Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir. Kənd 1712-ci ildə yaranmışdır. Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir. Əhalisi 641 nəfərdir Heydərov Arif Nəzər oğlu – Azərbaycan SSR daxili işlər naziri Kərimov Xaləddin Telman oğlu (1968–1992) Kərimov Tərlan Ağabala oğlu (1972–1992) Əhmədov Faiz Mahmud oğlu (1956–1993) Səlimzadə Ramil Raqif oğlu Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur. Kənddə klub və kitabxana mövcuddur.
Yuxarı Ağdam
Yuxarı Ağdam - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 4–5 km cənubunda, Ağdam çayının sahilində yerləşir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən rəng mənasında işlənən ağ və «divar, möhkəmləndirilmiş qala, yer, qala divarı» mənasında işlənən dam (tam) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Qandzakar qoyulmuşdur.
Yuxarı Ağdan
Yuxarı Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ və «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir. Erm.SR AS RH-nin 25.V.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Ağdan qoyulmuşdur.
Yuxarı Ağsu
Yuxarı Ağsu — Göygöl rayonu ərazisində axır. Yuxarı Ağsu çayı Göygöl gölünə tökülür. Göygöl gölündən isə Aşağı Ağsu çayı axır.
Yuxarı Ballıqaya
Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Kənd 1990-cı ildə ermənilərin hücumları zamanı dağıdılmışdır. Ballıqaya kəndi Quruçayın sahilində, dağ yamacındadır. Keçmiş adı Birgöz Ballıqaya olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 58 nəfər əhali yaşayır.
Yuxarı Bavariya
Yuxarı Bavariya Bavariya vilayətinin cənubunda yerləşən inzibati dairə. Münhen şəhəri Yuxarı Bavariyanın inzibati mərkəzidir. Əhali sıxlığı 241,77 insan/km²-dir.